"Zerkalo" qəzeti fəaliyyətini bərpa edib.

Qaynarinfo xəbər verir ki, bu barədə qəzetin baş redaktoru Elçin Şıxlı məlumat verib. O, qeyd edib ki, qəzet onlayn versiyada işini davam etdirəcək.

""Zerkalo"nu da işə saldıq! Əyər-əskikləri hələ var, üzərində iş gedir, amma artıq baxa bilərsiniz - zerkalo.az".
 
Qeyd edək ki, "Zerkalo" və "Ayna" qəzetləri 2014-cü ilin avqust ayında fəaliyyətini dayandıermışdı.