Ölkə 15:21 04.08.2017

Üzeyir Hacıbəyovun şikayəti

Lalə Niftaliyeva

Gecənin yarımçıq ayı sinəsinə sancıb, küləyin o tərəf bu tərəfəçırpdığı günlərdən idi. Mixəkli çayı dəmləyib çıxdım yaşadığım evin damına. Mən axı bir az haladamıyam. Bu gün etdiyimmütaliələr və dinlədiyim musiqi haldan-hala salmağa yetdi. Öz aləmimdə fəlsəfəni bir-birinə qatmışdım. Elə ki, vəziyyətinizdən mixək iyi gəldi, o saat ürəyiniz genetik kodlara sadiq qalaraq milli musiqilər tələb edir.

Telefonu əlimə alıb, "youtube" kanalına daxiloldum. Axtarış bölməsində Üzeyir Hacıbəyovun "Arazbarı" əsəri varidi. Lirik və nikbin əhvala uyğun gələn əsəri yeni dinləməyə başlamışdım ki,bir də gördüm evin damına açılan mətbəxin qapısı döyüldü və bir kişi:"Olar gəlim?" deyə səsləndi. Yerimdən dik atıldım. Başladım tezanalizə: " Ay qız, axı sən qapını arxadan bağlamışdın. Bu kişi kimdi,hardan girib evə axı.." Elə bu düşüncəm ətrafında nəticə çıxarmaq istəyirdimki, qapı açıldı, içəri 63 yaşlarında bir kişi daxil oldu. Bir addım geri çəkilibkişini süzdüm. Əynində qəhvəyi rəngdə şort və sarı köynək var idi. Təəccübləbaşımı yuxarı qaldırdım. Gözündə şüşələri yumru eynək, saçları seyrək vəortadan ikiyə ayırıb səliqəli daranmışdı. Üzündəki xətlər qırışdan çox musiqinotuna bənzəyirdi. Bir az duruxdum: "Axı mən bu adamı harda görmüşəm?"

"Mən Üzeyir Hacıbəyovam, yəqin ki, tanıyarsan"deyib mənim çayımdan bir qurtum içdi: "Çaya darçın da əlavə etsən"Arazbarı" qanına qarışardı".

Şoka düşmüşəm. Danışa da bilmirəm. 

Çağrılmamış qonağım çaydan bir qurtum da içib:

- Artıq bir aydı Bakıdayam, bir dəfə də olsun çayın dadınıhiss edə bilmədim. Heyif deyildi mənim musiqi ilə yaşadığım o dövrlər, hər şeyindadı var idi. Belə görürəm ki, qidalar bizim xalqın xarakterinə də təsir edib.Ay Lalə, çox kədərliyəm. İcazə verirsən əyləşim?

Mən şokdan çıxmağa çalışaraq:

- Buyurun, əyləşin. Mən heç nə anlaya bilmirəm. Siz bura necə gəlmisiniz?

Küləksaçlarını qarışdırırdı deyə, tez-tezsaçını düzəldirdi:

- Necə gəldiyimidanışsam uzun çəkəcək. Birinci şəhərin mərkəzinə gəlmişdim, amma mənə elə gəldiki, məni səhvən Ərəbistana göndəriblər. Bir aydı Bakıdayam. Nə qədər çalışıram yeni mühitə ayaq uydurum, alınmır.Geyimimi də dəyişmişəm ki, heç kimdən seçilməyim. Bir az gəzəndən sonra Bakınınbu cür inkişaf etməyinə sevindim. Sonra düşündüm ki, gör indi şəhər bu cürinkişaf edibsə, musiqi hansı səviyyədədir. Sən demə ən yaxşı musiqi akademiyasıelə mənim adımadır. İlk fürsətdə ora baş çəkdim. Akademiyanın qarşısına yeni qəbulolan tələbələr yığılmışdı. Diqqətimi üç tələbə çəkdi. Yaxınlaşıb onlarasalam verdim. Salamımı alan gənclərə, ürəyimdən keçən ilk sualı verdim. Müasirmusiqiçilərdən ən çox kimin əsərlərini bəyənirsiniz? Gənclərin arasından birqız mənə baxıb: "Əlbəttə ki, Damla" dedi. Gəncdən xahiş etdim ki, bəsolar onu dinləyim? Əlində saxladığı balaca cihazdan birdən mahnı başladı. Bir xanım başladı oxumağa ki:“Amma yenə qürur, o məni vurur”. Heç "sağ ol" da demədənuzaqlaşdım ordan. Qürurxanımın sənətini vursaydı, belə təsiri olmazdı bəlkə də...

Utandığımdan başımı aşağı saldım. Vəziyyətdən bir təhərçıxmalı idim:

- Onlar uşaqdılar, hələ musiqi savadları formalaşmayıb bəlkədə. Yaxşı müğənnilərimiz də var. Bəlkə Sevda Ələkbərzadənin "Arazbarı zərbi-muğamı"nıdinləyəsiniz.

- Köhnə musiqiləri canlandırmağa təşəbbüs göstərməyiniz çoxyaxşı haldır. Amma mən sizdən daha çox yeni əsərlər gözləyirdim. İncəsənət məhvolub. Gəlməyimə peşiman olmuşam. Heç gənclərin çoxu məni tanımır. Musiqilərinhamısı eyni ritmlə yazılır. Ritm bir qırağa, sözlərini dinləyəndə adamı dəliağlamaq tutur.

Düz sözə nə deyəsən. Bax, mən indi kimi müdafiə edim. Ətrafımda musiqidən başı çıxan, sevənadamlar çoxdur. Amma bu tək mənim üçün çoxluq sayılır. Musiqi akademiyasına qəbulolan tələbə Damladan zövqalırsa, demək ki, musiqimiz ölüb.

Mən indi bukişiyə nə deyim axı? Kimi necə müdafiə edim ki... Yaman yerdə axşamladıq.

Qəmli-qəmlimənə baxan bəstəkar:

- Yəqindövrünüz bunu tələb edir.

Mən necədeyim axı dünyanın ən məşhur "Youtube" kanalında "Üzeyir"yazan kimi "Hacıbəyov" yox, "Mehdizadə" çıxır. Yaxşı ki,texnikadan başı çıxmır. Yoxsa mütləqdir ki, damarlarını kəsər, yadigar qoyduğubütün mahnıları da özü ilə aparardı. 

- Təbii ki,bunu kapitalizm tələb edir. İndi dövr sizin yaşadığınız dövr deyil ki. Hər şeyinreklama çevrildiyi zamanda sənət də gəlir gətirməyə yönlənir. İndi ruhu yox, nəfsimiziqidalandıran sənət dəbdədir. Həm kimə lazımdır ki, düşünməyə başlasın. Düşünənadam dərd çəkən adamdır. Siz dözümlü və səbirli insan olmusunuz. Bizdə düşünənçoxdur amma səbrli deyil. Bəlkə də bu tələskənliyə görə heç kim yarada bilmir.Heç kim öz sevdiyi işlə məşğul olmur, özünü axtarıb tapmır. Elə zövq də ona görəformalaşmır.

Bəstəkarçox kədərli görünürdü. Gözlərini yerə dikən sənətkar ağır-ağır başını qaldırdı:

- Burdakıvaxtım yavaş-yavaş bitir. Belə görürəm ki, siz elə olduğunuz yerdə uzun müddətsayacaqsınız…

Bu sözlərideyə-deyə mətbəxə keçdi. Elə mən də arxasınca onu ötürmək üçün keçmək istəyirdimki, ayağım  küləyin aşırtdığı stulailişdi. Elə yıxılacaqdım ki, birdən musiqi dayandı...

Qaynarinfo.Az