Ölkə 00:29 12.12.2012

Zeynəb Xanlarova: \"“KQB” nədən ötəridir ki?”

Xalq artisti İrana vizanın ləğvini tələb etdi

 

“Mən İranla vizanın aradan qaldırılmasının istəyirəm. Bu gün İrandayaşayanlar qardaşlarımızdır. Qardaşı da qardaşdan ayırmaq olar?”. Moderator.az-ınməlumatına görə, bu sözləri xalq artisti Zeynəb Xanlarova İranla Azərbaycanarasında sərhədyanı rayonlarda yaşayan vətəndaşların sadələşdirilmiş qaydadagediş-gəlişi ilə bağlı Memorandumun ləğv olunmasına münasibətində bildirib.Xalq artistinin sözlərinə görə, azərbaycanlılar da İrana tez-tez üz tutur: “Özüdə həkimə gedirlər. Niyə arada viza olmalıdır ki? Təhlükəsizlikdən danışırlar.O zaman “KQB” nədən ötəridir ki?”.

Zeynəb Xanlarova deyib ki, o bu sənədin əleyhinə səs verəcək.

Daha sonra  açıqlama verənZiyafət Əsgərov deyib ki, Memorandum vaxtı bitdiyi üçün ləğ edilir. O yenisənədin də ratifkasiya ediləcəyini deyib.