Dünya 12:29 09.02.2018

"Zeytun budağı": 1062 terrorçu zərərsizləşdirildi

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin şəhərində həyata keçirdiyi anti-terror "Zeytun Budağı" əməliyyatı nəticəsində öldürülən terrorçuların sayı 1062 nəfərə çatıb.

Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə TSQ açıqlama ilə çıxış edib. 

Qeyd edək ki, "Zeytun Budağı" 20 yanvarda start götürüb və hədəf PKK/KCK/PYD-YPG və İŞİD terror təşkilatlarıdır.

Gülşən