İdman 12:03 05.06.2018

Zidana fantastik təklif gəldi: 4 ildə 200 milyon maaş

Bir neçə gün əvvəl Misirin ən zəngin iş adamlarından hesab olunan Nagib Savirisin "Twitter"dən yaydığı bir informasiya dünya mediasının gündəmini zəbt etmişdi. İş adamı iddia edirdi ki, Qətər Futbol Federasiyası milli komandanın baş məşqçi postunda görmək istədiyi Zinəddin Zidana illik 50 milyon avro maaş təklif edir.

Qaynarinfo xəbər verir ki, artıq qətərlilər fransız mütəxəssisə rəsmi təklif gönərib. Federasiya Zidana 4 illik müqavilə və illik 50 milyon maaş təklif edir. Onlar mütəxəssisin 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında komandaya başçılıq etməsini istəyir.

İspaniyanın AS qəzeti yazır ki, Zidan hələ 4 ildə 200 milyon avro maaş alacağı təklifə cavab verməyib. Fransalı mütəxəssis bu təklifi qəbul etsə, dünyanın ən çox qazanan baş məşqçisi olacaq.

Qətərin B variantı isə sabiq "Barselona"lı Xavidi. Federasiya Zidandan yox cavabı alsa, 2015-ci ildən bu ölkənin "Əl-Saad" klubunda çıxış edən kataloniyalı futbolçu ilə danışıqlara başlayacaq.