"Real"ın sabiq baş məşqçisi Zinəddin Zidan yaxın aylarda Azərbaycana səfər edə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə telejurnalist Sənan Şəfizadə sosial mediada məlumat yayıb.
Onun sözlərinə görə, hazırda qısa müddətli səfərlə bağlı müzakirələr gedir. Hələ razılıq əldə olunmayıb.
Səfərin məqsədi açıqlanmayıb.
Şərhlər