Foto 10:09 11.04.2018

Zükerberq ABŞ senatında ifadə verdi (FOTOLAR)

"Facebook" sosial şəbəkəsinin sahibi Mark Zükerberq ABŞ senatında ifadə verib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Zükerberq çıxışının əvvəlində "Facebook"un faydalarını sadalayaraq Harvey qasırğasından sonra toplanan 20 milyon dollar yardımı, insanların bizneslərini böyütmək üçün sosial şəbəkədən istifadəsi, bir çox sosial kampaniyaların keçirilməsini diqqətə çəkib. İstifadəçilərin şəxsi məlumatlarının "Cambridge Analytica" şirkəti tərəfindən oğurlanmasını etiraf edən Zükerberq hadisənin qarşısını ala bilmədikləri üçün məyus olduğunu və daha çox çalışmağın vacibliyini vurğulayıb. Şirkət bu fakt barədə 2015-ci ildə xəbərdar alıb və daha sonra "Cambridge Analytica"nın məlumatları sildiyinə əmin olub.

Bundan sonra "Facebook" tətbiqetməsindən 3 ay ərzində istifadə etməyən şəxslərin məlumatlarına giriş qeyri-mümkün olacaq. Paylaşılan informasiya isə ad, profil fotosu və emaildən ibarət olacaq. "Facebook" tətbiqetməsi hazırlayan şirkətlər sosial şəbəkəyə sadəcə təsdiq deyil, imza da verəcək. 

Qeyd edək ki, "Cambridge Analytica" 50 milyondan çox insanın məlumatlarından istifadə edərək ABŞ və İngiltərədəki seçkilərə təsir göstərib.

Gülşən