Dünya 14:17 01.07.2013

Zukerberq gey-parada qoşuldu - VİDEO

Facebook sosial şəbəkəsinin rəhbəri Mark Zukerberq San Fransiskoda keçirilən gey-paradda iştirak edib. 

Qaynar.info-nun məlumatına görə, Zukerberq orada 700 nəfərlik qrupa rəhbərlik edib. 

Bundan əvvəl də Facebook-un işçiləri keçirilən gey-paradlarda iştirak etmişdilər. İndi Zukerberqin özü aksiyaya rəhbərlik etmək qərarına gəlib. 

Parad iştirakçıları bəzədilmiş hərəkət edən platforma və xüsusi koftalar hazırlayıblar. 

Gey-paradla bağlı Facebook özünü mənzil-qərargahını da geylərə məxsus atributlarla bəzəyib.

Qaynar.info