Texnologiya 15:29 06.04.2018

Zükerberqin göndərdiyi mesajlar silinir

"Facebook" sosial şəbəkəsinin sahibi Mark Zükerberqin mesajları bir müddət sonra avtomatik silinir.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, sosial medianın digər rəhbər şəxslərinin profilləri üçün də eyni qayda tətbiq edilir. Onların göndərdikləri mesajlar bir müddət sonra mesaj göndərilən şəxsin "inbox"undan da yoxa çıxır. 

"Facebook" 2010-cu ildən bəri istifadəçilərinə mesajları yükləmək hüququ verir, lakin bu qayda şirkətin rəhbər şəxslərinə tətbiq olunmur. Bu dəyişikliyə səbəb 2014-cü ildə "Sony Pictures" şirkətinin emaillərinin kiber cinayətkarların əlinə keçməsi olub və "Facebook" təhlükəsizlik tədbirlərinin artırılması məqsədilə addımı atıb. 

Gülşən