Ölkə 11:53 01.02.2014

Bakının bu rayonlarında qaz olmayacaq

“Azəriqaz”dan verilən məlumata görə, yaranmış məhdudiyyət təmir-bərpa işləri ilə əlaqədardır

Bu gün Bakının bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər yaranacaq. 

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən ans press-ə verilən məlumata görə, saat 10:00-dan Nərimanov və Nizami rayonlarının bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq. 

Həmçinin Binəqədi, Sabunçu, Nəsimi və Xətai rayonlarının bir hissəsində təbii qaz təchizatında məhdudiyyətlər yaranacaq. 

“Azəriqaz”dan verilən məlumata görə, yaranmış məhdudiyyət təmir-bərpa işləri ilə əlaqədardır.


Qaynar.info