Ekonomiks 17:28 08.07.2019

Metro istifadəçiləri intervaldan narazıdır: Metropoliten nə deyir?

İyul ayının 1-dən Bakı Metropoliteni yay rejiminə keçib. Qatarların gec gəlməsi, xüsusən sərnişin sıxlığının olduğu pik saatlarda 4-5 dəqiqəlik interval narazılıqlara səbəb olub. Metro istifadəçiləri sosial şəbəkələrdə öz etirazlarınl bildirirlər.

EkoNews məsələ ilə bağlı Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Hacıyevlə əlaqə saxlayıb. Qurum rəqsmisi yay rejiminə keçid zamanı intervallar arasında cəmi yarım dəqiqə artım olduğunu deyib: 

"Bu rejimə keçmədən öncə manitorinqlər aparılır və son ayların statistikasına baxılır. Təkcə iyun ayı ərzində 120000 sərnişin azalması müşahidə edilib. İyul və avqust aylarında say biraz da azalacaq. Heç bir stansiyada ciddi sıxlıq müşahidə edilmir".

Bəxtiyar Hacıyev qatarların 5-6 dəqiqə gecikməsinə də aydınlıq gətirib: "Qatarların bu qədər geciməsi yalnız Nəriman Nərimanov metro stasiyasına Bakmil stansiyasından qatar daxil olarkən müşahidə edilə bilər. Bu halda 2.5 dəqiqə olan interval 5 dəqiqə, 3 dəqiqə olan interval isə 6 dəqiqə olur".

Nigar