Xəbər lenti

ABŞ-ın bu qadağası Ukraynanın müdafiə qabiliyyətini ciddi şəkildə sarsıdır - ISW
Dünya 14:12 18.05.2024

ABŞ-ın bu qadağası Ukraynanın müdafiə qabiliyyətini ciddi şəkildə sarsıdır - ISW

Müharibənin Tədqiqi İnstitutunun analitikləri hesab edirlər ki, ABŞ-ın Rusiya ərazisində Qərb silahlarından istifadəyə qadağası Ukraynanın Xarkov vilayətinin şimalında Rusiyanın hücum əməliyyatlarına qarşı müdafiə qabiliyyətinə ciddi zərbə vurur.

Qaynarinfo xəbər verir ki, bu barədə ISW-nin hesabatında deyilir.

Hərbi analitiklər qiymətləndirməsinə görə, ABŞ və Qərbin Ukraynanın Rusiyadakı hərbi hədəflərə zərbə endirmə qabiliyyətinə tətbiq etdiyi məhdudiyyətlər Rusiya ilə sərhəd bölgələrində Rusiya təyyarələrinin Ukrayna mövqelərinə və əhalinin məskunlaşdığı ərazilərə keçərək bombardman və raket hücumları təşkil edə biləcəyi təhlükəsiz sığınacaqlar yaradıb.

Bundan əlavə, Rusiya qüvvələri və texnikası döyüşə başlamazdan əvvəl sərbəst şəkildə toplaşa bilir.

ABŞ nümayəndələri Ağ Evin Rusiyadakı hərbi obyektlərə zərbələr endirmək üçün ABŞ tərəfindən verilən silahlardan istifadə etmək istəmədiyini bir daha təsdiqləyiblər. 

ABŞ Müdafiə Nazirliyinin sözçüsü Sabrina Sinq mayın 16-da deyib ki, Bayden administrasiyası Ukrayna qüvvələrinin Rusiyadakı hədəflərə zərbələr endirmək üçün ABŞ silahlarından istifadə etməsi ilə bağlı mövqeyini dəyişməyib və administrasiya bu silahların işğal olunmuş Ukrayna ərazilərini azad etmək üçün istifadə edilməli olduğuna inanır. 

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->