Xəbər lenti

İtaliya prezidenti Ukraynadakı müharibənin sonunu belə görür
Dünya 14:51 08.05.2024

İtaliya prezidenti Ukraynadakı müharibənin sonunu belə görür

Mayın 7-də BMT Baş Assambleyasında İtaliya prezidenti Serjio Mattarella bildirib ki, Ukraynada sülh o zaman mümkündür ki, ölkənin suverenliyi və ərazi bütövlüyü bərpa olunsun, Rusiya isə təcavüzə görə mükafatlandırılmasın.

Qaynarinfo xəbər verir ki, bu barədə AP agentliyi məlumat yayıb.

Mattarella qeyd edib ki, hazırda G7-yə sədrlik edən İtaliya və bir çox beynəlxalq tərəfdaşlar BMT Nizamnaməsini pozaraq hücuma məruz qalan dövlətlərlə həmrəylik prinsipini dəstəkləmək üçün Ukraynanın müdafiəsinə qalxıblar.

"Heç bir dövlət nə qədər qüdrətli olsa da, təhdidedici nüvə arsenalı ilə təchiz olunsa da, sanksiyalarla üzləşmədən başqa bir ölkənin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi də daxil olmaqla, prinsipləri pozmaq barədə düşünə bilməz”, - İtaliya prezidenti bildirib.

Mattarella iki dünya müharibəsinin başa çatması və Sovet İttifaqının dağılmasının Avropaya yeni ümidlər gətirdiyini qeyd edərək, "Rusiyanın Avropa qitəsinin ürəyinə müharibənin qaytarılmasına görə böyük tarixi məsuliyyət daşıdığını” qeyd edib.

İtaliya prezidenti vurğulayıb ki, Rusiyanın Ukraynaya müdaxiləsi təkcə regional münaqişə deyil. Onun sözlərinə görə, Ukraynadakı müharibə xüsusilə Afrikanın bəzi bölgələrində ərzaq və enerji çatışmazlığına səbəb olub.

Mattarella əlavə edib ki, Soyuq müharibə bitdikdən sonra resursların silahlanmaya deyil, inkişafa ayrılmasını təşviq edən sülh dividendləri Rusiyanın saatı geri çevirməsi və yeni silahlanma yarışına başlaması ilə boşa çıxıb.

Onun sözlərinə görə, Ukraynada müharibə artıq üçüncü ildir ki, davam edir və İtaliya, onun beynəlxalq tərəfdaşları və bütün dünya xalqları münaqişənin sülh yolu ilə və uzunmüddətli həllinə nail olmağa sadiqdirlər.

"Ancaq istənilən həll yolu deyil, mən heç təcavüzkarı mükafatlandıracaq və onun hücumuna məruz qalan şəxsləri alçaldacaq, hər kəs üçün təhlükəli presedent yarada biləcək həll yolunu demirən,” - Mattarella bildirib.

"Əgər sülh ədalətli və uzunmüddətli olmaq istəyirsə, o, beynəlxalq hüququn nəcib və ayrılmaz prinsiplərinə və BMT Nizamnaməsinə əsaslanmalıdır", - o əlavə edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->