Xəbər lenti

Moskva və Pekin Rusiya aktivlərinin müsadirə olunmasıyla bağlı Avropanı şantaj edir
Video 17:22 17.05.2024

Moskva və Pekin Rusiya aktivlərinin müsadirə olunmasıyla bağlı Avropanı şantaj edir

Rusiya, Çin və ərəb ölkələri Almaniya, Fransa və Yaponiya hökumətlərini şantaj edərək, Rusiyanın dondurulmuş 300 milyard dollarlıq aktivlərini müsadirə edib Ukraynaya ötürməsinin qarşısını alır.

Qaynarinfo xəbər verir ki, bunu Stenford Universitetinin Quver İnstitutunun baş elmi işçisi və 2005-2007-ci illərdə ABŞ Dövlət Departamentinin müşaviri olmuş Filip Zelikov Kiyev Təhlükəsizlik Forumunun onlayn müzakirəsi zamanı bildirib https://www.youtube.com/watch?v=fetA6By0luc . 

"Ukraynanın bu müharibədən sağ çıxıb-çıxmayacağı pul və silahdan asılıdır. Silah haqqında çox danışılır, amma puldan demək olar ki, heç kim danışmır. Pul silahdan az əhəmiyyət kəsb etmir”, - deyə o vurğulayıb.

Ekspertin sözlərinə görə, hazırda Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya necə ötürülməsi ilə bağlı mexanizmlər aktiv şəkildə müzakirə olunur və hazırda müzakirə olunan bu problemin həlli variantlarından biri onların Avropa İttifaqından kənar yurisdiksiyalara, xüsusilə Şimali Amerika və ya Böyük Britaniyayaya mümkün transferidir. 

Xatırladaq ki, yanvarın 24-də ABŞ Senatının Xarici əlaqələr komitəsi Rusiya aktivlərinin müsadirə edilməsinə və infrastrukturun bərpası üçün Ukraynaya verilməsinə kömək edən qanun layihəsini təsdiqləyib.

Bundan əvvəl ABŞ-ın dövlət katibi Entoni Blinken ölkəsinin Aİ ilə birlikdə Rusiyanın 300 milyard dollarlıq aktivini Ukraynanın yenidən qurulması və digər ehtiyaclarına yönəltmək üçün qanuni səlahiyyətləri nəzərdən keçirdiyini bildirib.

Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, dondurulmuş Rusiya aktivlərinin Ukraynaya ötürülməsi üçün lazım olan qərarların konturları artıq hazırlanır.
Aprelin 20-də Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya verilməsinə dair 8038 saylı qanun layihəsi ABŞ Konqresinin Nümayəndələr Palatasında qəbul edilməsi üçün lazımi sayda səs toplayıb. Ukrayna bu prosedur çərçivəsində təxminən səkkiz milyard dollar ala bilər. Qanun layihəsi indi ABŞ Senatı tərəfindən təsdiqlənməlidir.

Mayın 8-də Aİ ölkələrinin səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlərin Ukraynaya dəstək məqsədilə köçürülməsi ilə bağlı ümumi razılığa gəliblər.

Mayın 16-da Çində Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Szinpin danışıqların yekunlarına dair birgə bəyanatda xarici dövlətlərin aktiv və əmlakının müsadirəsi təşəbbüslərini pisləyiblər. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->