Ekonomiks 12:37 24.06.2013

1 günə 5 milyon videoçarx

"Instagram" istifadəçiləri videoxidmətin istifadəyə verilməsindən ötən 24 saat ərzində internetdə 5 milyon videoçarx yükləyiblər.

"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, "Instagram"ın təxminən 130 milyon smartfonda quraşdırıldığını nəzərə alsaq, bu göstərici bir o qədər heyrətləndirici deyil.

Xatırladaq ki, "Instagram" xidmətində 15 saniyəlik videoçarx çəkmək imkanı bir neçə gün əvvəl istifadəyə verilib. İstifadəçilər videonun uzunluğunu redaktə edə, 13 filtrdən birini tətbiq edə, təsviri sabitləşdirə, heşteqlər əlavə edə bilərlər.

Qaynar.info