Video 14:06 26.06.2020

1 qram Covid-19 dünyada nələrə səbəb oldu və bacarmadığı tək şey... (VİDEO)

Çindən başlayaraq qısa müddət ərzində dünyanı təsiri altına salan koronavirusun (Covid-19) 6 ayda nələrə səbəb olduğuna təəccüblənəcəksiniz. 

Qaynarinfo xəbər verir ki, sosial mediada bir qram virusun nələr etdiyini izah edən şəxs öz maraqlı çıxışıyla hamının marağına səbəb olub. 

Çinin Vuhan şəhərindən bir anda bütün dünyaya yayılan koronavirus təxminən 6 ay ərzində 476 min insanın ölümünə səbəb olub. Yoluxmaların sayı 9 milyon 270 min nəfəri keçəndə sağalanların sayı 5 milyona yaxınlaşdı. Dünyadakı ümumi koronavirusun çəkisinin 1 qram olduğunu vurğulayan müəllif virusun dünyanı necə diz çökürtdüyünü sosial mediadan maddələr şəklində sadaladı. Onun sosial mediada dedikləri budur: 

"Çaxnaşma var? Artıq əvvəlkindən çox deyil. Bəs sizdən soruşsam, deyə bilərsinizmi, Yer kürəsində yayılmış koronavirus cəmi neçə qramdır və ya neçə kilodur? 1 qram. Dünyadakı koronavirusun ümumi çəkisi 1 qramdır. 1 qram. Bütün dünyada.

1 qram virus 420 milyon ton insanı evinə həbs etdi. 420 milyon ton. 

1 qram virus bir neçə ay ərzində ozon qatını qaydaya saldı.

1 qram virus 1 milyard ton nefti bazalarda saxladı. 

1 qram virus 20 trilyon dollarlıq mənbələrin tükənməsinə səbəb oldu.

1 qram virus 45 savaşı dayandırdı. 45 savaş. 

1 qram virus 100 milyon insanı işsiz qoydu.

Dünyadakı 1 qram virus üzündən yüz minlərlə şirkət iflas etdi. 

1 qram virus dünyadakı havanın çirkliliyinin 75 faizini təmizlədi.

1 qram virus istehsal və istehlakı ən aşağı səviyyəyə endirdi.

1 qram virus ölkələrin qapılarını bağladı.

1 qram virus dünyanın gündəmini dəyişdirdi. 

1 qram virus sayəsində demək olar ki, dünya birjaları alt-üst oldu. 

1 qram virus hər cür nəqliyyatın məhvinə səbəb oldu. 

1 qram virus insan mövzusuna nöqtə qoydu. 

Bununla yanaşı suya, sabuna toxunuşu maksimum artırdı.

1 qram virus demək olar ki, bütün texnologiyaları alt-üst etdi. 

1 qram virus bütün insanları bərabərləşdirdi.

1 qram virus dünyanı şoka saldı, insanlığı heyrətləndirdi. 

Ancaq insanlar bir qram belə ağıllanmadılar.
 
Alpər