Video 21:23 23.12.2018

10-a yaxın vətəndaşın avtomobilini və pulunu mənimsəyib aradan çıxdı (VİDEO)

Qazax sakini 10-a yaxın vətəndaşı aldadıb. 

Qaynarinfo "Xəzər TV"yə istinadən xəbər verir ki, o, bəzilərinin avtomobilini əlindən alıb, bəzilərinin isə külli miqdarda pulunu mənimsəyib.

Qazax və Ağstafa rayonlarından olan bir qrup şəxs iddia edir ki, Qazaxın Çaylı kənd sakini Əli Axundov onları aldadıb. Zərərçəkənlərin iddialarına görə, adıçəkilən şəxs onların avtomobillərini müxtəlif yollarla əllərindən alaraq satıb. 

Bir neçə nəfərdən isə müxtəlif vədlər verərək qızıl-zinət əşyası və nağd pul alaraq mənimsəyib. Zərərçəkənlər Əli Axundovu tanıdıqları üçün ona etibar etdiklərini, bu səbəbdən də aldadıldıqlarını bildiriblər. 

Zərərçəkənlər Ağstafa və Qazax rayon polis şöbələrinə müraciət ediblər, araşdırma aparılır. 

Kanal məsələ ilə bağlı Əli Axundovun da mövqeyini öyrənməyə çalışıb. Lakin bildirilib ki, həmin ailə xeyli müddətdir ki, rayonda yox, Bakıda yaşayır. Ünvanlarını da heç kim bilmir.