Dünya 10:45 22.10.2020

“10 aylıq uşağı öldürüb “azadlıq” deyə bağıra bilməzsən”

Məşhur müğənni-bəstəkar Mustafa Ceceli Ermənistanın Azərbaycana qarşı son təxribatlarından danışıb.

Qaynarinfo xəbər verir ki, bir neçə gündür sosial şəbəkədə paylaşımlar edən sənətçi bu mövzuda növbəti dəfə Türkiyə KİV-nə danışıb. İfaçı ermənilərin mülki şəxsləri qətlə yetirməsini qınayıb:

"Uşaqları öldürürsənsə, insan deyilsən. 10 aylıq bir uşağı öldürüb, sonra çıxıb "azadlıq” deyə bağıra bilməzsən. Azərbaycandakı dostlarımla davamlı olaraq əlaqə saxlayıram. Ürəyimiz onlarladır”.