Ekonomiks 12:10 11.07.2013

100 meqapiksellik fotokamera

Çin Xalq Respublikasının Elmlər Akademiyasından verilən məlumata əsasən, Çin alimləri 100 meqapiksellik təsvir ölçülü fotokamera hazırlayıblar.

"ICTnews.az" elektron xəbər xidməti  bildirir ki, "IOE3-Kanban" adlanan kamera Optika və Elektronika İnstitutunun əməkdaşları tərəfindən yaradılıb.

Yüksək təsvir ölçüsünə baxmayaraq, kamera kiçik və yüngüldür. Yeni kamera ilkin sınaqlar zamanı özünü yaxşı tərəfdən göstərib.

"Kamera xəritəçəkmə, şəhər planlaşdırılması, qəzaların monitorinqi və intellektual nəqliyyat sistemlərinin hazırlanması kimi yüksək təsvir ölçüsünə malik fotoşəkillərin yaradılmasında istifadə edilə bilər" –  ÇXR Elmlər Akademiyasından bildirilib.

Mütəxəssislərin məlumatına əsasən, aparat 10240x10240 piksel təsvir ölçüsündə fotoşəkillər çəkə bilər.

Qaynar.info