100 mumiyanın DNT analizi alimləri şoka saldı: Fironlar diriləcək... - ELM

100 mumiyanın DNT analizi alimləri şoka saldı: Fironlar diriləcək... - ELM

Maks Plank İnstitutu və Tübingen Universitetinin alman alimləri 3500-1500 yaş arasında olan 90 Misir mumiyasının genomunu qismən bərpa edəndən sonra bu nəticəyə gəliblər: qədim misirlilər afrikalı deyillər. Onların bəzilərinin türk olduğu, bəzilərinin Avropanın cənubundan, İsrail, İordaniya, Suriya, Livan, Gürcüstan və Abxaziyanın yerləşdiyi yerlərdən gəldikləri üzə çıxıb.

Bir qədər əvvəl isə bənzər araşdırmanı Sürixdə yerləşən iGENEA geneloji mərkəzinin bioloqları aparıb. Onlar cəmi bir mumiyadan götürülmüş genetik materialı analiz ediblər. Ancaq bu gen elə-belə birinə deyil, məhz firon Tutanhamona aiddir. Onun DNT-si sol çiyin və sağ ayağından götürülüb. 

iGENEA mütəxəssisləri uşaq fironla müasir avropalının genlərini müqayisə edib. Məlum olub ki, onların bir çoxu Tutanhamonla qohumdur. Orta hesabla avropalı kişilərin yarısı Tutanhamon "çıxıb”. Bəzi ölkələrdə isə, məsələn İngiltərə, İspaniya və Fransada bu, kişilərin 60-70 faizini əhatə edir.

DNT-lər haploqruplara - demək olar ki, dəyişmədən nəsildən-nəslə ötürülən DNT fraqmentlərinin xarakterik dəstlərinə görə müqayisə edilib. Fironun qohumları R1b1a2 adlı ümumi bir haploqroupa daxil olub.

Alimlər xüsusi qeyd edir ki, Tutanhamona aid R1b1a2 geni avropalı kişilər arasında geniş yayılsa da, müasir misirlilərdə 1 faizi belə aşmır. Və onlarla qədim fironlar arasında ümumi heç nə yoxdur. 

"Hesab edirəm ki, Misir hökmdarları və avropalıların ortaq əcdadları təxminən 9500 il əvvəl Qafqazda yaşayıblar", alman alimi Şolts deyib: "7 min il əvvəl isə onların nəsilləri Avropada yayılmağa başlayıblar. Bəziləri isə Misirə getmiş və orada firon olmuşlar”.

Buradan belə nəticə çıxır ki, Tutanhamonun əcdadları və onun özü Qafqaz xalqlarına məxsus insanlar olub. 
 
Tübingen Universitetinin alimi, palegenetik Yohannes Krauze "Nature Communications” jurnalına bildirib ki, 151 mumiyadan üçünün genomunu tam olaraq bərpa etmək mümkün olub. Onların DNT-si yaxşı qalıb, günümüzədək yaşaya bilib. 

Bir az uzaq gələcəkdə olsa da, genomun, hətta onun sahibinin klonlaşdırma yoluyla bərpa ediləcəyi, dünyaya qaytarılacağı bildirlir. Bu da qədim misirlilərin bir gün diriləcəklərinə olan inamlarını tam doğruldur. Belə çıxır ki, özlərini mumiya etdirənlər bir gün ət və sümüklərinin qalıqlarının faydalı olacağını əvvəlcədən bilirmişlər. 

Beləliklə, bir gün Tutanhamonun qayıdacağını gözləyə bilərik...

Alpər Cəbrayıl
XƏBƏRLƏR
BLOGLAR