Dünya 10:27 09.03.2020

100 yaşlı xəstə koronavirusdan sağaldı

Çinin Uhan şəhərində koronavirusa yoluxmuş 100 yaşlı şəxs sağalıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, altsheymer, hipertəzyiq və ürək problemləri də olan xəstənin müalicəsində anti-viral dərmanlar və təbii preparatlardan istifadə edildiyi qeyd olunub.

100 yaşlı xəstə artıq evinə buraxılıb və onunla birgə 80 nəfərin də sağaldığı bildirilib.

Camal