Ekonomiks 17:05 03.06.2019

1000 manata klub, 7500 manata mədəniyyət evi satılır (SİYAHI)

Bu ilin iyul ayının 2-də baş tutacaq növbəti hərracda şəhər və kəndlərdə mövcud olan bir-sıra mədəniyət klublar satışa çıxarılacaq.

Son zamanlar şəhər və kəndlərdə yerləşən klubların özəlləşdirilməsinə başlanılıb.

Məlumat üçün bildirək ki, SSRİ zamanında əsasən mədəniyyət və incəsənət tədbirlərinə ev sahibliyi edən klublarda müstəqillik dövründə daha çox müxtəlif təyinatlı dərnəklər fəaliyyət göstərib.

Lakin, son zamanlar klublar özəlləşdirməyə çıxarılaraq ucuz qiymətə satılır və sonradan yeni sahibi tərəfindən təyinatı dəyişdirilir. Əksər hallarda isə keçmiş klubların yerində biznes məqsədli obyektlər fəaliyyət göstərməyə başlayır.

Daha əvvəl də qeyd etdiyimiz kimi, satışa çıxarılan klublar olduqca ucuz qiymətə satılılır. Məsələn, ötən il Xaçmaz rayonun Tel kəndində yerləşən 105,1 kv. metr sahəsi olan klub 585,7 kv. metr torpaq sahəsi ilə birlikdə cəmi 3 500 manata satılıb.

Bu ilin iyul ayının 2-də satışa çıxarılacaq müxtəlif klubların, mədəniyyət evlərinin ilkin satış qiymətinə baxdığımız zaman açıq şəkildə görünür ki, onlar da real bazar dəyərindən dəfələrlə ucuz satışa çıxarılıb. Məsələn, Yardımlı rayonunun Bərcan kəndində yerləşən və sahəsi 65,9 kv. metr olan klub 392,9 kv. metr torpaq sahəsilə birgə cəmi 1000 manata satılır. 

Aşağıdakı cədvəldə iyul ayının 2-də satışa çıxarılacaq klubların, mədəniyyət evlərinin siyahısını tədim edirik. (yeniavaz.com)