İdman 15:30 25.03.2018

105 milyonluq futbolçu "Real"a transfer olunur (İDDİA)

2016-cı ildə 105 milyon avroluq rekord qiymətə "Yuventus"dan "Mançester Yunayted"ə transfer olunan Paul Poqba komandanı tərk edir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Sunday People" məlumat yayıb.

İddialara görə, bir müddətdi baş məşqçi Joze Mourinyo ilə problemləri olan fransız ulduz İspaniyaya üz tutacaq. Bildirilir ki, "Mançester Yunayted" Poqbanı "Real"a satmaqla həm komanda daxilindəki ab-havanı düzəltməyə, həm də yeni transferlər üçün maliyyə mənbəyi yaratmaq istəyir.

Yayda Aleks Sandro, Toni Kroos, Marko VerrattiMarkuinyosu tranfser etmək istəyən "Mançester Yunayted"in ən azı 200 milyon funt-sterlinqə ehtiyacı var.

Qeyd edək ki, cari mövsümdə 27 rəsmi oyuna çıxan Poqba 3 qol vurub və 10 məhsuldar ötürmə edib.