Foto 22:17 05.08.2018

12 yaşlı oğlan universitetə qəbul oldu (FOTOLAR)

Meksika sakini 12 yaşlı Karlos Santamira Dias Milli Muxtar Universitetə qəbul olub.

Qaynarinfo azedu.az-a istinadən xəbər verir ki, S.Dias məktəb proqramını darıxdırıcı sayıb və internet vasitəsi ilə özü fizika ilə mə.ğul olmağa başlayıb. Onun sözlərinə görə, məktəbdə hamı onu qəribə sayırdı. Buna görə S.Dias özünün yerini universitet sayır. 

Karlos artıq 9 yaşında kimya, biokimya və biologiya üzrə universitet proqramlarında iştirak etməyə başlayıb.