Dünya 18:36 10.04.2018

13 il əvvəl dünyaya göz açmalı idi, indi doğuldu (FOTO)

ABŞ-da yaşayan cütlük 13 il əvvəl dondurulan və təşkilata hədiyyə edilən embrionla övlad sahibi olub.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Atlantada yaşayan NənsiKriss Veys cütlüyü 2 il ərzində süni yolla övlad sahibi olmağa cəhd ediblər. İstəklərinə çata bilməyən Veys ailəsi müraciət etdikləri quruma 13 il əvvəl verilən embrion olduğunu öyrənəndən sonra bu vasitə ilə növbəti dəfə uşaq sahibi olmağa çalışıblar. Uğurla nəticələnən mayalanmadan sonra cütlüyün qız övladı dünyaya gəlib.

13 il əvvəl doğulması gözlənilən embrionun indi dünyaya gözlərini açması mediada səs-küyə səbəb olub.
 

Gülşən