Dünya 13:17 05.10.2017

1.3 milyon dollar xərcləyib soyğun hazırladılar, amma... (FOTOLAR)

Braziliyada 16 nəfər soyğunçu bank şöbəsinə basqın təşkil eləmək üçün 500 metr tunel qazıblar.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 16 soyğunçu bankdan 318 milyon dollar oğurlamaq üçün qeyri-adi yola əl atıblar. Ölkənin ən böyük banklarından olan Braziliya Bankının San Paulo şöbəsini soymaq üçün 16 nəfər banka 500 metr məsafədə yerləşən ev kirayələyiblər. Polis tərəfindən 3 ay əvvəl nəzarətə götürülən bu şəxslər 1, 3 milyon dollar xərcləyərək 500 metrlik tunel inşa ediblər.

San Paulo Cinayət Tədqiqatları Ofisinin sözçüsü Fabio Pinheiro Lopes bildirib ki, inşa prosesinin başa çatdığını öyrənən kimi basqın təşkil ediblər. Lopes bildirib ki, plan baş tutsaydı, bu, dünyanın ən böyük bank soyğunu olacaqdı. 

Dərhal məhkəməyə çıxarılan və həbs edilən qruplaşma üzvlərindən bəzilərinin 2005-ci ildə 75 metrlik tunel qazaraq Fortaleza əyaləti Mərkəzi Bankından 70 milyon dollar oğurladığı məlum olub.


Gülşən

Qaynarinfo.Az