"Cognitar Co-working Mərkəzi" 13 yaşa qədər olan uşaqlar arasında rəsm müsabiqəsi elan edir.
Bu barədə Qaynarinfo.Az-a layihə rəhbəri Hacıağa Əliyev məlumat verib.
Hacıağa Əliyev layihəyə 13 yaşa qədər olan uşaqlar qatıla bilər: "Bu, ilk online rəsm müsabiqəsidir. Rəsm müsabiqəsində iştirak etmək üçün uşaqların çəkdikləri
rəsmləri, (ad -soyad-yaş mütləqdir) fotokamera və ya telefonla çəkib mərkəzin facebook səhifəsinə göndərmək lazımdır.
Qaliblər, münsiflər tərəfindən və facebook istifadəçilərinin bəyənmələri (like) əsasında seçiləcəkdir. İlk 3 yeri tutan uşaqlar hədiyyə və diplomlarla mükafatlandırılacaqlar. Rəsmlər 15 yanvar 2017- tarixinə qədər müsabiqəyə qəbul edilir. Müsabiqənin nəticəsi 18 yanvar tarixində elan olunacaqdır".
Layihə rəhbəri onu da vurğulayıb ki, münsiflər heyəti peşəkar rəssamlar olan -Tura Dünyamalıyeva, Ellada İsmayil, Aynur Aydındır
Qaynarinfo.Az
Şərhlər