Dünya 18:22 24.12.2017

14 il hamilə, 19 dəfə ana olan, 20 uşaqlı qadın

Qüdsdə yaşayan israilli qadın 19-cu dəfə ana olub və ekiz övlad dünyaya gətirərək 20 övladın sahibi statusunu qazanıb.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, doğum "Mea Shearim" bölgəsində Hadassah Universitetindəki Tibb Mərkəzində gerçəkləşib. 42 yaşlı qadın adı və neçə nəvəsi olması barədə məlumat vermək istəməyib. 

Həkim Aliza Altmark bildirib ki, həyatının 14 ilini hamilə kimi keçirən qadının doğum prosesi rahat keçib və o, körpəsini qucağına alan zaman həyəcanlanıb.

Xəstəxananın qadın xəstəlikləri və doğuş şöbəsinin rəhbəri Simcha Yagel qeyd edib ki, qadının İsraildə 20 övlad sahibi olan tək şəxs olduğu təxmin edilir və bunun üçün səhiyyə nazirliyinin arxivinə baxacaqlar.

Gülşən