Ölkə 14:35 15.09.2013

15 sentyabr qurtuluşundan 95 il keçir

Bu gün Bakının Nuri Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusu tərəfindən azad edilməsinin 95-ci ildönümüdür.

Bu münasibətlə Şəhidlər xiyavanı yad edilir, müxtəlif tədbirlər keçirilir.

Səhər saatlarında Türkiyənin Bakıdakı səfirliyinin təşkil etdiyi xatirə tədbiri şəhid olan anadolulu və azərbaycanlıların xatirələrini yad edilməsi üçün Şəhidlər xiyabanında keçirilib.

Milli Şura rəhbərliyi də Şəhidlər xiyabanını ziyarət edib. Musavat.com-un məlumatına görə, ziyarətdə Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli, Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli və Milli Şuraya daxil olan partiyaların üzvləri iştirak ediblər.