İdman 22:50 29.09.2013

16 yaşlı idmançımız vəfat etdi

Azərbaycan idmanına və "Qəbələ" İdman Klubuna ağır itki üz verib. 

Qaynar.info-nun Ans Press-ə istinadən məlumatına görə, klubun cüdo bölümünün və Azərbaycan cüdo yığmasının gənc üzvü, Avropa Kubokunun mükafatçısı, dünya çempionatının iştirakçısı 16 yaşlı Fəridə Həsənxanova qəflətən dünyasını dəyişib.

Gənc idmanşının ölüm səbəbi bəlli deyil.

Qeyd edək ki, mərhumə bu il Ukraynanın Kiyev şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunda bürünc medal qazanmışdı. 

Allah rəhmət eləsin.