Dünya 17:10 14.03.2019

16 yaşlı yeniyetmə Nobelə namizəd göstərildi

İsveçli 16 yaşlı yeniyetmə Qreta Tunberq Nobel Sülh Mükafatına namizəd göstərilib.

Qaynarinfo xəbər verir ki, Tunberqin namizədliyi iqlim dəyişikliyinə diqqət çəkmək üçün atdığı addımlara görə Norveç Parlamenti tərəfindən irəli sürülüb. Ötən ilin avqust ayında dərsə getməyərək İsveç Parlamenti qarşısında tək nümayiş keçirən Qretanın bu hərəkəti sosial şəbəkədə böyük səs-küyə səbəb olmuş, məktəblilərin iqlim hərəkatına qoşulması ilə nəticələnmişdi. "Time" jurnalı Qreta Tunberqi "2018-ci ilin ən təsiredici gəncləri" siyahısına salıb.

Qeyd edək ki, Tunberq namizəd göstərilməsinə "Twitter" hesabı vasitəsilə minnətdarlığını bildirib.

Gülşən