Dünya 15:00 24.06.2019

1700 əsgər 2 PKK terrorçusunu axtarır

Türkiyə ordusu Şərqi Qaradəniz bölgəsində 1700 əsgərin iştirakı ilə anti-terror əməliyyatına başlayıb. 

Qaynarinfo CNNTürk-ə istinadən xəbər verir ki, əməliyyata axtarışda olan 2 terrorçunu həbs etmək üçün start verilib. Həmin şəxslər narıncı siyahıda yer alan, 600 lirə mükafatla axtarılan "Rojhat Ankara" kod adlı Rəhman Sümər, adı boz siyahıda qeyd olunan, 300 lirə mükafatla axtarılan "Rızgar" kod adlı Rəşid Ərtuşdur

Rəhman Sümər 2011-ci ildə prezident Rəcəb Tayyib Ərdoğanın konvoyuna hücum edərək 1 polisi öldürüb, 2 polisi isə yaralayıb. Rəşid Ərtuş isə Giresun, Güce, Doğankənd, Tirebolu bölgələrində fəaliyyət göstərib. 

Xatırladaq ki, əməliyyat çərçivəsində Qaradəniz bölgəsində PKK terrorçularına ağır zərbə vurulub. Daha əvvəl ələ keçirilən "Kawa" kod adlı Bəhruz Düdükqanlının məlumatı əsasında Gümüşhanedə 25 anbar, silah-sursat, sığınacaq aşkarlanıb.

Gülşən