Dünya 16:08 29.01.2018

18 ay işləyib, 15 il maaş aldı

İspaniyanın cənub-şərqində Alikante şəhərində yaşayan şəxs 18 ay işləməsinə baxmayaraq son 15 ildə maaş almağa davam edib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, psixiatriya xəstəxanasında 2001-2016-cı ildə assistent vəzifəsində qeydiyyatda olan işçi 7 dəfə 1 illik, 3 dəfə 1,5 illik olmaqla ümumilikdə 4553 günlük həkim icazəsi alıb. Bundan əlavə, rəsmi icazə günlərindən də istifadə edən məmurun bu hərəkəti qanuni hesab edilir. Lakin etika məsələsinə görə onun barəsində hüquqi prosesə start verilib.

Bildirilir ki, həmin şəxs Milli Sosial Təhlükəsizlik Təşkilatının icazə müddətinin bitməsi barədə xəbərdar etməməsinə görə əleyhinə qaldırılan məhkəmə proseslərində günahsız hesab edilib. 

Qeyd edək ki, adı açıqlanmayan şəxs sağlamlıq problemini əsas göstərərək 1500 avroluq aylıq maaşını almağa davam edir.

Gülşən