Ölkə 10:51 06.06.2020

2 gün üçün 5 günlük çörəyi kimlər alır və ya varlılar anlamaz...

"Heç kim 2 gün üçün 5 günlük çörək normasını almaz”.

Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev iyunun 5-də Bakıda çörək növbəsi zamanı vətəndaşlar arasında yaranan qalmaqaldan danışarkən deyib. Onun sözlərinə görə, Azərbaycanda ən azı un, makaron məmulatı və qarabaşaq (qreçka) qıtlığı yoxdur:

"Kimsə 2 gün üçün 5 çörək alırsa, deməli, onlar həqiqətən çörəyi çox istehlak edirlər. Çünki onların zəngin olmayan qida rasionu əsasən çörəkdən ibarədir. Çeşidli və bahalı qida rasionuna malik imkanlılar üçün bunu anlamaq çətindir...”

Samir Əliyev qeyd edib ki, Azərbaycanda rəsmi statistikaya görə, ailələr orta hesabla 4 nəfərdən ibarətdir: 

"Və bu 4 nəfər şam yeməyi (cümə), səhər-nahar-şam (şənbə), səhər-nahar-şam (bazar) və ən azı səhər yeməyi (bazar ertəsi) üçün çörəyə olan tələbatını ödəməlidir”.

Bahar Rüstəmli