Foto 14:53 24.12.2019

2 metr saçı olan ukraynalı gözəl hər gün evlilik təklifi alır (FOTOLAR)

5 yaşından bəri saçlarını kəsməyən 34 yaşlı ukraynalı model Alena Kravçenko nağıl qəhrəmanı Rapunzelə bənzədilir.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, hər gün evlilik təklifi aldığını deyən ukraynalı model qadın gözəlliyini sirrinin saçlarında olduğunu bildirib.

Təxminən 2 metr uzunluğunda olan saçları onu İnstagram fenomeninə çevirib.

Valeriya və Miroslava adlı əkiz qızları olan Alena saçlarına qulluq etməyin çox çətin olduğunu və yumağa təxminən 1 saat vaxt sərf etdiyini söyləyib.

O, ölənə qədər saçlarını saxlamaq fikrində olmadığını deyib.
 
Camal