Xəbər lenti

20 dərəcə şaxtada bayrağı çılpaq daşıyan idmançının sirri açıqlandı (FOTOLAR)
Foto 09:00 13.02.2018

20 dərəcə şaxtada bayrağı çılpaq daşıyan idmançının sirri açıqlandı (FOTOLAR)

Cənubi Koreyanının Pxençxan şəhərində keçirilən 2018-ci il Qış Olimpiya Oyunlarına damğa vuran tonqalı idmançının sirri ortaya çıxıb.

Qaynarinfo xəbər verir ki, açılış mərasimində ölkəsinin bayraqdarı olan Pita Taufatofua Tonqanın milli geyimində səhnəyə çıxmışdı. 20 dərəcə şaxtada çılpaq bədənlə açıq havada hərəkət edən idmançının bu vəziyyəti bütün diqqətləri cəlb etmişdi. Pita 2016-cı ildə keçirilən Yay Olimpiya Oyunlarında da ölkəsinin bayraqdarı olmuş və yenə səhnəyə çılpaq bədənlə çıxmışdı.

Məlumata görə, tonqalı idmançı açılış mərasiminə çıxmazdan öncə bədəninə Hindistan cevizi yağı sürtüb. Bundan başqa mərasim başlamadan öncə isinmə hərəkətləri də edən Pita bununla da 20 dərəcə şaxtada üşümədən ölkəsinin bayrağını daşıyıb. 

Tonqalı idmançının vücuduna sürtdüyü yağ səbəbindən bədəninin parladığı da diqqəti çəkib. Pita açıqlamasında mərasim zamanı üşümədiyini, amma rəsmi keçid başa çatdıqdan sonra soyuğu hiss etdiyini bildirib.

Qeyd edən Tonqa Krallığı Sakit Okean hövzəsinin Polineziya sahəsində yerləşən ada dövlətidir. Şimalda Samoan?n, şərqdə Niuenin, qərbdə Ficinin  ərazi su hövzəsi ilə həmsərhəddir. Tonqa eyniadlı arxipelaqın 177 adasında yerləşir. Bu adaların 36-da yaşayış var. Quru ərazisi 750 km?, əhalisi 119 min əhalisi olan ölkənin paytaxtı Nukualofa şəhəridir. Kontitusiyalı monarxiya idarə üsulunun olduğu Tonqanın rəsmi dövlət idini protestantizm, rəsmi dövlət dili tonqa və ingilis dilləridir. 
 
Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->