Video 09:14 02.02.2018

20 saat yerindən qalxmadan oyun oynadı, iflic oldu (VİDEO)

İnternet kafelərin birində yerindən qalxmadan 20 saat boyunca oyun oynayan gəncin beldən aşağı hissəsi iflic olub.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Çinin Çjetszyan əyalətinin Tzyasin şəhərində baş verib. Kimliyi açıqlanmayan gənc dostlarının çağırdığı təcili yardımla dərhal xəstəxanaya çatdırılıb. İflic vəziyyətinin onda qalıcı olub olmayacağı hələlik məlum deyil. Həkimlər 20 saat dayanmadan oyun oynayaj gəncin bədənindəki sinirlərin böyük zərər gördüyünü düşünürlər.

Qeyd edək ki, oxşar hadisə 3 il öncə Tayvanda da baş vermişdi. Belə ki, 32 yaşlı bir şəxs 3 gün boyunca yerindən qalxmadan oyun oynadığı üçün ölmüşdü. Onun ölümünə yorğunluqla əlaqədar olaraq infarkt keçirməsinin səbəb olduğu açıqlanmışdı.