Video 18:08 17.01.2022

20 Yanvar faciəsinin ildönümünə hazırlıq necə gedir? (VİDEOREORTAJ)

20 Yanvar faciəsinin 32-ci ildönmü yaxınlaşır. 3 gün sonra Azərbaycan xalqı yenidən Şəhidlər xiyabanına axın edəcək, ölkəmizin müstəqilliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsini yad olunacaq.

Artıq Şəhidlər xiyabanında faciənin 32-ci ildönümünə hazırlıq başlayıb. Bakı Şəhər İcra Hakimiyyətinin qurumları tərəfindən cari təmir, geniş təmizlik və abadlıq işləri görülür. Xiyabanda faciənin ildönümü ilə əlaqədar müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerlər cəlb olunub. Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.

Qaynar TV-nin əməkdaşları Şəhidlər xiyabanında olaraq, hazırlıq işləri ilə tanış olub. Xiyabandan hazırlanmış reportajı təqdim edirik.