Ölkə 15:57 25.01.2014

“200 min verin, sizi öldürməyək!”

Bakıda daha bir cinayətkar dəstə yaxalanıb 

Qaynar.info DİN-in saytına istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Əjdər Talıbov və İsmət Məmmədov həmyerliləri Mirzə Mirzəyevi və onun ailə üzvlərini öldürəcəkləri ilə hədələyib 200.000 manat pul tələb etdikləri üçün tutulublar.

Faktla əlaqədar cinayət işi başlanıb.

Qaynar.info