Foto 12:29 14.06.2019

Bakı polisindən 200 npmrəli məktəblə bağlı açıqlama (YENİLƏNİB/FOTO)

"200 nömrəli məktəbdə qalmaqal baş verməyib”.

Qaynarinfo xəbər verir ki, bunu bizimyol.info saytına açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O deyib ki, ərazidə təhlükısizlik tədbirlıri gücləndirilib, son zəng mərasiminin normal şəraitdə keçirilməsinin təmin olunması üçün əlavə pois naryadı ayrılıb: "Bu saata qədər hər hansı xoşagəlməz hal qeydə alınmayıb”.

11.12

G.Əsgərova adına 200 nömrəıi tam orta məktəbdə keçirilən "Son zəng” mərasiminə məzunların valideynləri və yaxın qohumları buraxılmır.

Qaynarinfo bizimyol.info-ya istinadən xəbər verir ki, bir çox valideyn və məzunlarən yaxın qohumları qapıdan buraxılmayıb və onlar övladladının "Son zəng” mərasimini məktəbin barmaqlıqları arxasından izləməli olublar.

Məktəbin barmaqlıqlarını aşmaq istəyənlər isə polis müdaxiləsi ilə üzləşiblər.