Maqazin 11:05 17.04.2018

2013-cü ildə boşanan Azərlə Vüsalə barışıb?

Aparıcı Vüsalə Əlizadə keçmiş həyat yoldaşı Azər İsmayılovla barışması xəbərlərinə münasibət bildirib. 

Qaynarinfo xəbər verir ki, o, "Instagram" hesabından etdiyipaylaşımda xəbəri üstüörtülü şəkildə təkzib edib: 

"İnsanlar sevdikləri şeyləri məhv etməyə, məhv etdikləri şeyləri yenidən sevməyə meyillidirlər. Amma çox vaxt unudurlar ki, daldan atılan daş topuğa dəyər. Hər kəsə hörmətlə yanaşıram. Bu, hər zaman belə olub. Mənim kiməsə deyiləcək sözüm olanda onu şəxsən özünə çatdıracaq qədər cəsur qadınam. Saman altdan su yeridib, yersiz mesajlar göndərmək mənlik deyil. Reklamlı şəkildə oyun oynamağı da şərəfimə sığışdırmıram. Xahiş edirəm, fikrimi beynimə belə yaxın buraxmadığım mövzulara yozmayasınız". 

Qeyd edək ki, cütlük 2013-cü ildə boşanıb. Onların həmin evlilikdən Dilək adlı bir qızları da var. Azər Vüsalədən ayrıldıqdan sonra 2016-cı ildə 2-ci dəfə evlənib.