Ölkə 15:50 04.07.2015

Penitensiar Xidmətdə yeni təyinatlar

11 vətəndaş ədliyyə orqanlarında qulluğa qəbul olunaraq Penitensiar Xidmətdə kiçik rəis heyətində vəzifələrə təyin ediliblər.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Qaynar.info-ya verilən xəbərə görə, bu gün ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi ədliyyə general-leytenantı Mədət Quliyev qulluğa qəbul olunan gənc əməkdaşları qəbul edib.

Nazir müavini ədliyyə orqanlarında xidmətə qəbul olunmağın qürurverici olduğunu vurğulayaraq Ədliyyə naziri, birinci dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun adından onları təbrik edib, seçdikləri şərəfli işdə uğurlar arzulayıb.

Ədliyyə orqanlarında qulluğa yeni qəbul olunan gənc əməkdaşlar Penitensiar Xidmətin tarix muzeyində xidmətin fəaliyyətinə aid eksponatlarla və Heydər Əliyev guşəsində Ümummilli Liderin həyat və fəaliyyətini, onun müasir Azərbaycanın inkişafı uğrunda əldə etdiyi nailiyyətləri əks etdirən fotoşəkillərlə tanış olublar. 

Qaynar.info