Ekonomiks 23:35 08.09.2017

Neft yeniden ucuzlaşdı: Son qiymət

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 7-də 56,36 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,15 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 7-də 55,71 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,16 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 7-də 51,84 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,38 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə sentyabrın 7-də 53,97 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,73 dollar/barel azdır.

Qaynarinfo.Az