Siyasət 10:10 26.02.2014

İlham Əliyev “Xocalı” abidəsini ziyarət etdi

Azərbaycan prezidenti İlham Əliyev Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Xocalı” abidəsini ziyarət edib.

APA-nın məlumatına görə, dövlət başçısı abidənin qarşısına əklil qoyub, soyqırımı qurbanlarına ehtiramını bildirib.

Mərasimdə Azərbaycanın hökumət və dövlət rəsmiləri də iştirak ediblər. 

Qaynar.info