Ekonomiks 13:44 20.06.2015

Neftimiz ucuzlaşdı

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azeri Light neftinin qiyməti 20 iyun tarixinə 63,08 ABŞ dolları/barrel təşkil edib.

ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən anspress-ə verilən məlumata görə, Azeri Light (CIF) ötən günə nisbətən 1,485 dollar ucuzlaşıb. 

Nyu-York və London birjasında neft fyuçerslərinin qiymətində də ucuzlaşma qeydə alınıb. Neftin qiyməti bazarda yanacağın həddindən çox bolluğu fonunda enib. Buna hazırkı real ticarət məlumatları şahidlik edir.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.84 dollar (1.39%) azalaraq 59.61 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 1.24 dollar (1.93%) ucuzlaşaraq 63.02 dollar olub.

Qaynar.info