Siyasət 18:07 16.07.2013

Putin Azərbaycana gəlir

Səfər avqustun 12-13-nə planlaşdırılıb

Rusiya Prezidenti Vladimir Putin Azərbaycana rəsmi səfərə gələcək.

Bu barədə “SalamNews”a diplomatik mənbələrdən məlumat verilib.

Bildirilib ki, səfər avqustun 12-13 tarixlərinə planlaşdırılıb. Səfər zamanı iki ölkə arasında əməkdaşlığın gələcək konturlarını müəyyən edəcək bir sıra sənədlər imzalanacaq.

Sənədlər sırasında SOCAR ilə “Rosneft” arasında əməkdaşlıq Sazişinin imzalanması da nəzərdə tutulur. Belə ki, iki ölkə arasında neft-qaz sahəsində yeni sazişin imzalanması ilə əlaqədar danışıqlar prosesi sürətləndirilib və hazırda bu sahədə əməkdaşlığın bütün mümkün variantlarına baxılır.

Qaynar.info