Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən "Qaynarinfo"ya verilən məlumata görə, iyulun 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 29-34° isti, Bakıda gecə 22-24° isti, gündüz 31-33° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək.

Nisbi rütubət gecə 75-85% , gündüz 55-65% təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23°, Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, əksər rayonlarda, əsasən, yağmursuz keçəcək. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36°, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacağı gözlənilir.

Qaynarinfo.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR