Ekonomiks 18:44 11.06.2014

İlham Əliyev sərəncam imzaladı

Azərbaycan prezidenti İlham Əliyev beş min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Salyan Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılması ilə bağlı sərəncam imzalayıb. 

Sərəncama əsasən Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Qaynar.info