Ölkə 09:56 13.01.2014

Əsgərimiz yaralandı

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri yaralanıb

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dünən cəbhənin Tovuz rayonu istiqamətində erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində 1995-ci il təvəllüdlü əsgər Əhədli Tapdıq Firdovsi oğlu düşmən tərəfindən açılan atəşdən güllə yarası alıb.
 
T. Əhədli 2013-cü ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsindən hərbi xidmətə çağırılıb.


Qaynar.info