Ölkə 17:20 12.01.2014

Sabah hava necə olacaq?

Həftənin ilk iş günü Bakıda hava dəyişkən buludlu olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 13-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Temperatur gecə 2-5 dərəcə isti, gündüz 7-11 dərəcə isti, Bakıda gecə 2-4 dərəcə, gündüz 7-9 dərəcə isti olacaqdır.

Atmosfer təzyiqi 767 millimetr civə sütunundan 758 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcəkdir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Temperatur gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təşkil edəcəkdir.

Qaynar.info